Urmunun müzeyə çevriləcəyi vəd edilən tarixi Radio və Televizya binası xarabaya çevrilib+video Güney Azərbaycan

Urmunun müzeyə çevriləcəyi vəd edilən tarixi Radio və Televizya binası xarabaya çevrilib+video

Bu bina ölkədə əyalətlərin Radip və Televizya binaları sıralamasında ən birinci və tarixi tikilidir.

Rəsmilər özünəməxsus memarlığı və quruluşu ilə seçilən tikilinin muzeyə çevriləcəyini demişdilər. Ancaq bunun üstündən uzun zaman keçməsinə baxmayaraq tarixi bina baxımsızlıqdan xarabalığa çevrilməkdədir.

Hal-hazırdan binadan ətraf bölgələrin sakinləri bir çox hallarda qoyunların saxlanılması yeri, tövlə kimi istifadə edirlər. Eyni halda şəhər bura gecələr narkomanların toplandığı yer kimi ad çıxarıb.

Pəhləvilər dönəmində tanınmış memar Cahangir Dərviş tərəfindən inşa edilən bina ölkə üzrə bütün əyalətlərin Radio və Televizya binalarından fərqli memarlığına görə seçilir.

Image result for قدیمی‌ترین ساختمان رسانه‌ای ارومیه، به جای

Bir neçə il öncə tikilinin təmir olunaraq konfranslar və geniş miqyaslı tədbirlərin keçirilməsi üçün təkliflər irəli sürüldü. Ancaq sonda oranın Radio-Televizya muzeyinə çevrilməsi qərara alınsada hazırda xarabalığa çevrilib.

Urmu Şəhər Şurasının üzvü Hüseyin Pənahi “İlna” xəbər agentliyinə verdiyi açıqlamada bu tikilinin şəhərin kimlik bəlgələrindən biri olmasına baxmayaraq, hazırkı durumunun acınacaqlı olduğunu bildirib.

Gunaz.tv