Tehran Şimali Kürdistan avantürasından əl çəkmir Güney Azərbaycan

Tehran Şimali Kürdistan avantürasından əl çəkmir

İran hökuməti Güney Azərbaycan torpaqlarında Şimali Kürdüstan yaratmaq avantürasından əl çəkməyib. Güney Azərbaycanın Bukan şəhərinin fərmandarı (icra hakimiyyətinin başçısı) bildirib ki, ölkənin Daxili İşlər Nazirliyi (DİN) Şimali Kürdistan vilayətinin yaradılması məsələsinə baxır.
Fərmandar Həsən Abbasi "Sədaye Aşena" həftəlik dərgisinə deyib: "Son illərdə Bukanda çoxlu işlər görülüb. Hansı ki keçmişlə müqayisə oluna bilməz! Əsası, bu işlərin görülməsi böyük inkişafla nəticələnib. Bu gəlişmə səbəb olub ki, daxili işlər naziri, Bukan şəhərini hazırda yaradılmasına baxılan Şimali Kürdistan vilayətinin mərkəzi kimi təqdim etsin".
Qeyd edək ki, Şimali Kürdistan vilayətinin yaradılması bir müddət öncə Mahabadın millət vəkili Osman Əhmədi tərəfindən gündəmə gətirilib və ondan sonra bir çox kürd kökənli dövlət rəsmisi, həmçinin İnqilab Keşikçiləri Korpusu (SEPAH) və Bəsic (yarımsilahlı dəstələr, hökumət tərəfdarları) rəhbərliyi də bu layihə ilə razılaşdıqlarını və dəstəklədiklərini elan ediblər. Məlumat üçün bildirək ki,
Qondarma Şimali Kürdistan vilayətinin Azərbaycanın tarixi torpaqlarında yaradılması nəzərdə tutulur. Bu bölgədə uzun illərdir ki, kürd terrorçu qruplaşmaları fəaldır, şovinist İran rejimi də terroristlərin fəaliyyətinə və iddiasına göz yumur, bir sıra hallarda onları dəstəkləyir.