Qərbi Azərbaycanda 270 hektar meşə və otlaq sahəsi yanaraq məhv olub Güney Azərbaycan

Qərbi Azərbaycanda 270 hektar meşə və otlaq sahəsi yanaraq məhv olub

Qərbi Azərbaycan əyalətinin Təbii Ehtiyatlar və Su Hövzəsi Baş İdarəsinin başçısı Hadi Qasimi cari günəş ilində əyalətin otlaq və meşə sahələrinin 270 hektarının yanaraq məhv olduğunu deyib.

Onun sözlərinə görə, ötən ilə nisbətən bu il otlaq sahələrdə və meşə zolaqlarında baş verən yanğınlar ötən illə müqayisədə 3 dəfə çoxalıb.

H.Qasimi yeni ildə əyalətin otlaq və meşələrində 25 yanğın halının baş verdiyini və bununla bağlı 31 cinayət işinin açıldığını bildirib.
“Yanğınların əsas səbəblərindən biri quraqlıqdır. Salmas, Urmu, Şot, Sərdəşt, Sayınqala və Piranşəhrdə qeydə alınan yanğın sayı daha çox olub”-deyə, o. bildirib.

Təbii Ehtiyatlar və Su Hövzəsi Baş İdarəsinin rəisi “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə yanğınların 99%-nin baş verməsində insan amilinin rol oynadığını qeyd edib.

“Ölkədə mövcud olan meşə sahələrinin yalnız 0.7%-i Qərbi Azərbaycan əyalətindədir və əyalətin 17 rayonundan yalnız Piranşəhr və Sərdəşt rayonları sıcx meşə zolağəna malikdirlər. Belə olan halda yanğınların baş verməsi onsuzda az olan meşə zolaqlarının tamamilə məhv olmasına səbəb ola bilər”-deyə, Hadi Qasimi bildirib.

Qərbi Azərbaycanda 2 milyon 653 hektar otlaq sahə, 101 min hektar meşə zolağı mövcuddur.

Gunaz.tv