İddiaçılar Turniri: Nicat Abasovdan start heç-heçəsi İdman

İddiaçılar Turniri: Nicat Abasovdan start heç-heçəsi

Bu gün şahmat üzrə İddiaçılar turnirinə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ilk sınağına çıxıb.

Təmsilçimiz rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb. Nicat bu görüşü ağ fiqurlarla oynayıb. Tərəflər partiyanın 34-cü gedişində heç-heçəyə razılaşıblar.