23 Oktyabr 14:25
18 Noyabr 2024 23:29
5 446
UEFA Avropa Liqasının V turunun “Qarabağ”-“Lion” (Fransa) oyununun biletləri sabah satışa çıxarılacaq.
Xalqcebhesi.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər saat 12:00-dan etibarən biletləri əldə edə biləcəklər.
Biletlərinin qiyməti 5, 20, 30, 40, 75 və 150 manatdır. VVIP C və VVIP D sektorlara bilet alaraq, "VIP Lounge" üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, qarşılaşma noyabrın 28-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
23 Oktyabr 21:13
1 057
23 Oktyabr 17:25
1 113
23 Oktyabr 16:56
1 099