Dünya çempionatı: Türkiyə qrupdan çıxa bilmədi İdman

Dünya çempionatı: Türkiyə qrupdan çıxa bilmədi

Milli Gimnastika Arenasında təşkil olunan minifutbol üzrə dünya çempionatında III turun növbəti matçı keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, günün beşinci oyununda C qrupunda Türkiyə və İngiltərə yığmaları üz-üzə gəlib.

Qarşılaşma ingilislərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da İngiltərə xal hesabını 7-yə çatdırıb və Macarıstanla birlikdə mərhələ adlayıb. Türkiyə isə qrupda 4 xalla 3-cü yeri tutub və xalsız Ukrayna ilə bərabər mundiala "əlvida" deyib.

Qeyd edək ki, bu gün saat 19:30-da Azərbaycan millisi A qrupunun III tur matçında Mavriyaniya ilə qarşılaşacaq.