Konfrans Liqasında mövsümün ən yaxşı futbolçusu… İdman

Konfrans Liqasında mövsümün ən yaxşı futbolçusu…

UEFA Konfrans Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

Xalqcebhesi.az UEFA-ya istinadən xəbər verir ki, İspaniyanın "Betis" klubundan İsko bu ada layiq görülüb.

Qeyd edək ki, İsko Konfrans Liqasında meydana çıxdığı 9 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Betis" turnirin finalında İngiltərə təmsilçisi "Çelsi"yə uduzub - 1:4.