Azərbaycan klubu Puerto-rikolu oyunçusu ilə yeni müqavilə imzalayıb İdman

Azərbaycan klubu Puerto-rikolu oyunçusu ilə yeni müqavilə imzalayıb

Qadın voleybolçular arasında son ölkə çempionu “Azərreyl” yeni mövsüm üçün heyət çalışmalarına start verib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, “dəmiryolçular” Puerto-rikolu oyunçusu Nayka Benites ilə birillik yeni müqavilə imzalayıb.

36 yaşlı oyunçu ötən ildən Bakı təmsilçisində çıxış edir.