13 İyun 10:19
Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək
Asiya fond bazarları ABŞ-İran razılaşması gözləntiləri fonunda yüksəlib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
12 İyun 2025 14:53
5 565
Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümünün oyunlarını ümumilikdə 275 min 933 tamaşaçı izləyib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, baş tutan 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub.
Ev oyunlarındakı izləyici sayında “Turan Tovuz” hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində 78500, orta hesabla hər oyunda 4361 seyrçi toplayıb.
“Turan Tovuz” ikinci yerdən təxminən 2 dəfə önədir. Tamaşaçı sayında “Neftçi” (39767) ikinci, “Sumqayıt” (33450) üçüncü pillədə qərarlaşıb.
Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir. XXIII turda “Neftçi” – “Qarabağ” oyununda 9355, XXXI turda “Qarabağ” – “Neftçi” görüşündə 7200, XV turun “Neftçi” – “Qarabağ” matçında 7069 seyrçi qeydə alınıb. “Sumqayıt” – “Qarabağ” (IX tur, 7000 tamaşaçı) və “Turan Tovuz” – “Qarabağ” (XXVIII tur, 6500 tamaşaçı) oyunları da ilk “beşlik”də yer alıb.
14 İyun 09:55
1 274
13 İyun 20:17
1 568
12 İyun 19:40
1 904