
Güclü qar Avstraliyada həyatı iflic edib
3 Avqust 21:20
3 Avqust 21:20
3 Avqust 18:37
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Azərbaycanın Stolüstü tennisçiləri Çinə təlim-məşq toplanışına yollanıblar.
Bu barədə "Report"a Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildirilib.
Çinin Hebey əyalətinin Zenq Dinq şəhərində təşkil olunacaq toplanışda iki heyət iştirak edəcək.
Adil Əhmədzadə, Rüstəm Hacılı, Hilal Həsənov, Onur Quluzadə, Nihat Məmmədov, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Yağmur Məmmədli, Zemfira Mikayılova və Ləman Abdulhəmidova avqustun 3-dən 18-dək seçmə komandanın baş məşqçisi Mixail Timofeyev və məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi ilə hazırlıq keçəcək.
3-13 avqust tarixlərində isə yeniyetmə stolüstü tennisçilər Cəfər Almədədli, Ələkbər Mirzəliyev, İsgəndər İsgəndərov, Həzrət Kamilov, Mehin Mirzəbalayeva, Yasəmən Həbibova, Banu İmanverdizadə və Nailə Nəzirova məşqçilər Gülnarə İbrahimova, Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə Zenq Dinq şəhərində təlim-məşq toplanışında olacaqlar.