Şəfqətli əllər, mərhəmətli ürək sahibi Cəmiyyət

Şəfqətli əllər, mərhəmətli ürək sahibi

Gözəl bir atalar məsələmiz var: "Allah dərd veribsə dərmanın da verib". Əsas odur ki, sağlamlığında nasazlıq yarananda savadlı, peşəkar həkimə rast gələsən. Mənim həkim məsələsində bəxtim gətirib. Müraciət etdiyim bütün uzmanlar sağlamlığımı bərpa etməkdən ötrü sözün əsil mənasında can yandırıblar. Bu günlərdə ürəyimdə yaranan narahatçılıqla bağlı Yeni Klinikaya müraciət etməli oldum.

Milli Mətbuatımızı n 150 illik münasibətilə mənə ən böyük hədiyyəni doktirum, Ürək Damar Cərrahı, Yeni Klinikanın ÜDÇ şöbəsinin müdüru Mətin Hadızadə verdi. Rəhbərlik etdiyi peşəkar tibb heyətinin səyi, şəfalı əlləri və mərhəmətli ürəyinin hökmü ilə mən yenidən həyata qay tardı. Belə ki, iyulun 21-də baş tutan açıq ürək əməliyyatınd a uğurlu nəticə əldə olundu.

Belə bir deyim var, həkimin xəstəyə xoş münasibəti uğurlu müalicənin başlanğıcıdır. Bu baxımdan həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır. Məhz belə olduğu halda vətəndaş məmnunluğu yarana bilər.
Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə dayanan, onların qayğısına qalan həkimlər el-obada həmişə xətir-hörmət sahibi olublar. Çəkinədən deyərdim ki, belə həkimlərdən biri də Yeni Klinikanın Ürək Damar Cərrahiyə şöbəsinin müdiri Mətin Hadızadədir. Artıq əməliyyatda n sonra ilkin müayinədən keçdim, nəticələr sevindiricidir.
Doktorima və onun peşəkar komandasına, eləcə də Yeni Klinikanın bütün tibbi heyətinə təşəkkürümü bildirirəm .

Alim Hüseynli