

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ukrayna Müdafiə Nazirliyi “Dron Line” layihəsində iştirak edən hərbi hissələrin təcili ehtiyacları üçün 191,8 milyon dollar ayırıb.
“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Denis Şmıqal "Telegram" kanalında yazıb.
"Biz Ukrayna pilotsuz uçuş aparatlarına (PUA) sərmayələri artırır və müdafiə qüvvələrini gücləndiririk. Ali Baş Komandanlığın qərargahının qərarını yerinə yetirmək üçün Müdafiə Nazirliyi Ukrayna ordusunun ehtiyacları üçün vəsaitin yenidən bölüşdürülməsi qərarını təsdiqləyib", - o bildirib.
Nazir vurğulayıb ki, bu, "Magyar quşları", K2, "Raroq", "Axilles", "Nemesis", "Qara meşə" kimi bölmələrin dərhal maliyyələşdirilməsini təmin edəcək.
Bundan başqa, onun sözlərinə görə, dron əleyhinə müdafiə üçün 23,9 milyon dollar ayrılıb.
Ukrayna xarici tərəfdaşlarla “Drone Line” layihəsinin maliyyələşdirilməsi üzərində işləyir. Niderlandla ikitərəfli saziş Ukrayna istehsalçılarından pilotsuz uçuş aparatlarının alınmasını nəzərdə tutur. Bu alət sayəsində dövlətə məxsus "Oschadbank" artıq 837 milyon avro dəyərində müqavilələr üçün bank zəmanəti verib.