

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Azərbaycan qazının Suriyaya ixracı ölkədə elektrik böhranını azaldacaq
Türkiyə-Suriya qaz boru kəmərinin istifadəyə verilməsi və onun vasitəsilə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı bu ölkədə elektrik enerjisi böhranını azaldacaq.
"APA-Economics"in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə-Suriyə qaz boru kəmərinin açılışı mərasimində çıxışı zamanı Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti bildirib.
Layihənin əsas məqsədi: elektrik böhranının azaldılması
"Bu layihənin məqsədi Suriya Ərəb Respublikasında elektrik böhranını azaltmaqdır", - Fəhad Həməd Əl-Sulaiti qeyd edib.
Gündəlik ötürmə gücü 3,4 milyon kubmetr təşkil edir
Onun sözlərinə görə, layihənin gündəlik ötürmə gücü 3,4 mln. kubmetr təbii qaz təşkil edir ki, bu da illik olaraq 1,2 mlrd. kubmetrə bərabərdir.
Elektrik verilişi saatları 40% artacaq
Fəhad Həməd Əl-Sulaiti onu da əlavə edib ki, qeyd olunan qaz həcmləri Türkiyə-Suriya sərhədindəki təhvil nöqtəsi vasitəsilə Suriya Ərəb Respublikasında elektrik istehsalında istifadə olunacaq:
"Bu isə elektrik verilişi saatlarının gündəlik təxminən beş saata qədər artmasına, yəni cari səviyyədən 40% çoxalmasına imkan verəcək. Bu göstəricilər, öz növbəsində, beş milyondan çox abunəçini əhatə edəcək".
Boru kəmərinin açılış mərasimi keçirilib
Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
İllik 1,2 milyard kubmetrlik nəql planlaşdırılır
Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.