“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
2 Avqust 13:25
3 066
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji əlaqələrini daha da gücləndirəcək.
"Repor"un Türkiyənin Kilis şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Elbeyli rayon təşkilatının sədri Nəcməddin Dönməz Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında səsləndirib.
O bildirib ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı möhkəmləndirəcək:
“Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya çatdırılması qardaş ölkələrlə enerji bağlarımızı daha da möhkəmləndirəcək. Bu tarixi hadisənin iştirakçısı olmaqdan qürur duyuram”.
N. Dönməz qeyd edib ki, bu mühüm layihə hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır:
“İnanıram ki, bu addım həm Türkiyə, həm Azərbaycan, həm də Suriya üçün faydalı olacaq. Ümid edirəm ki, Suriyanın bərpası və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan bundan sonra da fəal təşəbbüslərlə çıxış edəcək”.
8 Dekabr 18:24
1 190
8 Dekabr 16:29
987
8 Dekabr 15:23
1 134