Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB
“Həmin örtüklərin dəyişdirilməsi ilə bağlı təcili addımlar atılmalıdır”- Qüdrət Həsənquliyev
Milli Məclisin payız sessiyası çərçivəsində son iclası dekabrın 30-da keçiriləcək
Azərbaycanda asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək
3 Avqust 10:44
3 052
“Azərbaycanın qazının Türkiyə üzərindən Suriyaya nəqli həm enerji sahəsində, həm də siyasi baxımdan yeni mərhələnin başlanğıcıdır. Layihənin rəsmi açılışı Kilisdə keçirildi və ilk mərhələdə Suriyanın Hələb və Homs şəhərlərinə illik 1.2 milyard kubmetr qazın çatdırılması planlaşdırılır. Bu resurs elektrik stansiyalarında istifadə edilərək Suriyanın enerji sisteminin bərpasına dəstək verəcək”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan üçün bu layihə yeni bazarlara çıxış, Türkiyə üçün isə enerji tranzit mərkəzi statusunu gücləndirmək imkanıdır: “Suriya tərəfi isə infrastruktur baxımından kritik bir dəstək qazanır. Qətərin prosesə cəlb olunması isə layihənin regional siyasi əhəmiyyətini daha da artırır. Bu enerji əməkdaşlığı təkcə iqtisadi deyil, eyni zamanda geosiyasi balanslara da təsir göstərə biləcək strateji bir addımdır”.
Röya İsrafilova