"Krokus" da iki nəfər terrorçuların qarşısını almağa çalışıb Hadisə

"Krokus" da iki nəfər terrorçuların qarşısını almağa çalışıb

İki silahsız kişi "Crocus City Hall" konsert zalına hücum edənlərin insanları güllələməsinin qarşısını almağa çalışsalar da, öldürülüblər.

Bu barədə TASS iş materiallarına istinadən xəbər verir.

Şahidlərdən birinin ifadəsindən göründüyü kimi, ağ gödəkçəli naməlum bir adam təcavüzkarlardan birinin silah yükləməyə başladığını gördü və onu dayandırmaq istəyərək bu terrorçunun üstünə qaçdı.

"Lakin onu ikinci terrorçu vurub. Sonra qara gödəkçəli ikinci bir kişi də bu adamın köməyinə qaçdı, o da vuruldu" dedi.

Şahidin sözlərinə görə, ölən kişilər müqavimət göstərməyə və insanları xilas etməyə çalışıblar.

Qeyd olunur ki, bu şahid həyat yoldaşı ilə birlikdə konsertə gəlib. Hücum zamanı onlar mühafizə postunun altında gizlənərək sağ qalmağı bacarıblar.

Bundan əvvəl polisin ilk dəstəsinin terrorçuların hücumuna altı dəqiqə qalmış Krasnoqorskdakı "Crocus City Hall" konsert salonuna gəldiyi bildirilmişdi.

Qeyd edək ki, Krasnoqorskda terror hadisəsi 22 mart 2024-cü ildə baş verib. Təcavüzkarlar "Piknik" qrupunun konsertinə gələn insanlara atəş açıb, sonra binanı yandırıblar. Hücum nəticəsində 149 nəfər həlak olub.

Bu il avqustun əvvəlində Moskvada terror aktı ilə bağlı məhkəmə prosesi başlayıb. Müttəhimlər skamyasında 19 müttəhim var: hücumun dörd birbaşa icraçısı və 15 köməkçisi.

Cavid