Zaxarova: Ermənistanın KTMT-dəki iştirakının guya dondurulması sadəcə söz oyunudur
Overçuk: Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olacaq
Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü iclası Budapeştdə keçirilib
Rusiya ordusu Xarkov vilayətində iki yaşayış məntəqəsini nəzarətə götürüb
Budapeştdə Azərbaycan və Macarıstan XİN rəhbərlərinin görüşü keçirilir
9 Sentyabr 23:45
2 450
Emin Mahmudov Azərbaycan millisində ən çox qol vuran futbolçu olduğu üçün xoşbəxtdir.
"Report" xəbər verir ki, milli komandanın kapitanı bunu DÇ-2026-nın seçmə mərhələsində Bakıda Ukraynaya qarşı keçirilən oyunundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
"Rekordu yeniləmək üçün çox əziyyət çəkdim. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm", - o vurğulayıb.
Millinin kapitanı müvəqqəti baş məşqçi Ayxan Abbasov barədə də fikirlərini bölüşüb:
"O, qısa zamanda yığmada nəyisə dəyişə bilməzdi. Bizə stimul olmaq üçün bəzi sözlər dedi. İnanıram ki, növbəti matçlarda da uğurlu nəticələr qazanacağıq".
Qeyd edək ki, Ukrayna ilə görüşdə penaltidən fərqlənən Emin Mahmudov 15 qolla millinin ən məhsuldar futbolçusu olub. İkinci pillədə qərarlaşan Qurban Qurbanovun hesabında 14 qol var.