Omanda turistləri daşıyan qayıq çevrildi: 3 ölü, 2 yaralı Dünya

Omanda turistləri daşıyan qayıq çevrildi: 3 ölü, 2 yaralı

Oman sahillərində fransız turistləri daşıyan bir qayığın çevrilməsi nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, Oman Kral Polisi tərəfindən yayılan açıqlamaya görə, ölkənin Muttrah vilayətində yerləşən Sultan Qabus limanından 2,5 dəniz mili (təxminən 4,6 kilometr) aralıda, göyərtəsində 25 fransız turist olan qayıq çevrilib. Qəza nəticəsində 3 fransız turistin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilib.

Yüngül xəsarət alan 2 nəfərə hadisə yerində tibbi yardım göstərildiyi qeyd olunub. Rəsmilər qəzanın səbəbləri ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıblar.

Məryəm Quliyeva