"İraq-Türkman ədəbiyyatı tarixi" kitabı işıq üzü görüb Hadisə

"İraq-Türkman ədəbiyyatı tarixi" kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İraq-Türkman ədəbiyyatına dair yeni kitab işıq üzü görüb.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev və filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin müəllifi olduqları "İraq-Türkman ədəbiyyatı tarixi" monoqrafiyasında İraqda yaşayan soydaşlarımızın ədəbiyyatı ilk dəfə mərhələlərə bölünmüş, inkişaf istiqamətləri müəyyən edilmişdir.

Bundan əlavə, "İraq-Türkman ədəbiyyatı tarixi"ndə türkmanların yazılı ədəbiyyatı ilə yanaşı, şifahi xalq ədəbiyyatı da öz əksini tapmış, əsər Azərbaycan ədəbiyyat tarixçiliyi prinsiplərinə uyğun şəkildə yazılmışdır. Kitaba yazılmış Ön sözün müəllifi AMEA prezidenti akademik İsa Həbibbəyli, redaktorları Dr.Mustafa Ziya, Dr.Şəmsəddin Kuzəçi, rəyçilər isə professor Məhərrəm Qasımlı, professor Məmməd Əliyev, professor Nizami Tağısoy və filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybalıyevadır.