"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək
Ukraynanın PUA hücumundan sonra Taqanroqda fövqəladə vəziyyət elan edilib
AM Best: “AzRe”nin xarici bazarlarda böyük risklərə qarşı qorunması zəifdir
ABŞ-nin Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alması müzakirə olundumu?”
10:34
567
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsində növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, son ölkə çempionu V turda İtaliyada “Napoli”nin qonağı olacaq. “Dieqo Armando Maradona” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Hər iki komanda görüşə ciddi itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Andre-Zambo Anqissa, Kevin De Bruyne, Romelu Lukaku, Billi Gilmor və Leonardo Spinazzola zədəli olduqları üçün oynamayacaqlar. Ağdam klubunda isə Kadi Borges və Şahruddin Məhəmmədəliyev eyni səbəbdən oyunu buraxacaqlar.
Qeyd edək ki, ilk 4 turdan sonra 7 xalı olan “Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Napoli” isə 4 xalla 24-cü sırada yer alıb.
24 Noyabr 20:23
931
24 Noyabr 19:24
959
24 Noyabr 15:59
1 204