25 Noyabr 2025 17:36
3 542
İngiltərənin "Liverpul" klubu futbolçusu İbrahima Konatenin qarşısına şərt qoyub.
"Report" "Get French Football News"a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi müqaviləsinin müddətinin uzadılmasına razı olmasa, Mersisayd təmsilçisi onu qış transfer dönəmində satmağa hazırdır.
Hazırkı ölkə çempionu yeni sözləşmə ilə bağlı təklifini irəli sürüb, lakin fransalı oyunçu hələlik bununla razılaşmayıb.
"Liverpul" futbolçunu pulsuz buraxmamaq üçün satmağı da düşünür.
Qeyd edək ki, Konate cari mövsüm bütün turnirlərdə 17 oyuna çıxıb. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
07:26
630
5 İyul 20:01
1 407
5 İyul 20:00
1 414
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib