12:50
679
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXV turun daha 2 oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Zirə” səfərdə “Karvan-Yevlax”ın qonağı olacaq. Qarşılaşma saat 15:00-da başlayacaq.
Hazırda Bakı klubu 39 xalla 5-ci, Yevlax təmsilçisi isə 8 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Günün digər oyununda isə lider “Sabah” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Görüşə saat 19:15-də start veriləcək.
“Bayquşlar” 59 xalla turnir cədvəlinə başçılıq edir. 32 xalı olan “gənclik şəhəri” təmsilçisi isə 7-cı sırada yer alıb.
Qeyd edək ki, XXV turun açılış oyununda “Araz-Naxçıvan” səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib. Turun “Kəpəz” – “Qarabağ” və “Neftçi” – “İmişli” görüşləri martın 20-də keçiriləcək.
12:50
707
17 Mart 13:23
1 743
17 Mart 12:36
1 862