"Qalatasaray"ın barmağı kəsilən futbolçusu əməliyyat olundu İdman

"Qalatasaray"ın barmağı kəsilən futbolçusu əməliyyat olundu

“Qalatasaray”ın niderlandlı futbolçusu Noa Lanq əməliyyat olunub.

Klubun mətbuat xidməti xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərədə “Liverpul”a qarşı oyunda (0:4) sağ əlinin baş barmağı kəsilən futbolçunun əməliyyatı uğurlu keçib.

Lanq sosial şəbəkə hesabında paylaşım edərək “Pis şeylər olur. Əməliyyatım yaxşı keçdi, hər kəsə təşəkkür edirəm" deyə bildirilib.

Qeyd edək ki, Noa Lanq matçın 80-ci dəqiqəsində reklam lövhəsinə çırpılaraq barmağından zədələnib. O, meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.