SEPAH HDQ komandanı Əlirıza Təngsiri aprelin 3-də dəfn olunacaq
Azərbaycanla Mərakeş arasında imzalanmış saziş təsdiq edilib
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
11:36
595
Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində 4 final oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də təşkil olunacaq. Oyunu ingiltərəli hakim Maykl Oliver idarə edəcək.
Digər matçlarda Bosniya və Herseqovina İtaliyanı, İsveç Polşanı, Çexiya isə Danimarkanı qəbul edəcək. Finalda qalib gələn yığmalar DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Final
31 mart
22:45. Bosniya və Herseqovina - İtaliya
22:45. İsveç - Polşa
22:45. Kosovo - Türkiyə
22:45. Çexiya - Danimarka
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.
11:42
567
26 Mart 12:39
2 898
25 Mart 16:33
3 199