NATO Ukrayna üzərində qeyri-uçuş zonasını tətbiq etməyə hazırlaşmır – Stoltenberq Dünya

NATO Ukrayna üzərində qeyri-uçuş zonasını tətbiq etməyə hazırlaşmır – Stoltenberq

NATO Ukrayna üzərində qeyri-uçuş zonasını tətbiq etməyə hazırlaşmır.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

"NATO ölkələri Ukraynaya dəstəyi davam etdirir. Üzv ölkələr razılaşıb ki, NATO təyyarələri Ukrayna hava məkanında, qoşunları isə Ukrayna ərazisində olmamalıdır. İndi Ukraynada baş verənlər dəhşətlidir. Biz Avropada İkinci dünya müharibəsindən bəri görmədiyimiz miqyasda dağıntılar və insanların əzab-əziyyətini görürük. Biz NATO müttəfiqləri olaraq bu müharibənin Ukrayna hüdudlarından kənarda qarşısının alınması üçün məsuliyyət daşıyırıq. Əlbəttə, bunun üçün yeganə vasitə qeyri-uçuş zonasının tətbiq olunması, NATO qırıcılarının Ukrayna hava məkanına göndərilməsi və uçuşa qadağan olunan zonada Rusiya təyyarələrinin vurulmasıdır. Əgər biz bunu etsək, o zaman Avropada digər ölkələrin də iştirakı ilə tammiqyaslı müharibə əldə edəcəyik və bu.ş daha çox insan itkilərinə gətirib çıxaracaq", - deyə Y.Stoltenberq bildirib.