Tokioda "Quad" lidelərinin sammiti başalyıb Dünya

Tokioda "Quad" lidelərinin sammiti başalyıb

Tokioda ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Quad) liderlərinin sammiti başlayıb.

Trend bu barədə "NHK" telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, danışıqların əsas mövzuları regional təhlükəsizlik, dördtərəfli əməkdaşlığın dərinləşdirilməsi və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi olacaq. Sammit iştirakçıları Pekinin Şərqi Çin və Cənubi Çin dənizlərindəki hərəkətlərini, həmçinin Şimali Koreyanın raket proqramının aktivləşməsini müzakirə edə bilərlər.
Həmçinin, "Quad" ölkələrinin lideləri COVID-19, iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə toxuna, regionda qeyri-qanuni balıq ovu ilə bağlı məlumat mübadiləsi təşəbbüsü ilə çıxış edə, həmçinin kosmosda qarşılıqlı fəaliyyətin yeni formasını yarada bilərlər.

Hazırkı görüş "dördlüyün" ikinci əyani sammitidir, birincisi 2021-ci ilin sentyabrında Vaşinqtonda keçirilib.