“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
27 İyul 2022 16:08
3 822
“25 milyon tondan çox taxılın təhlükəsiz və qısa bir zamanda ehtiyacı olan ölkələrə ixracı üçün dəhlizin yaradılmasına tələb var idi. Ukrayna limanlarında ilk taxıl yüklü gəminin yaxın zamanda yola düşməsi üçün işlər gedir”.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda taxıl daşınması üzrə Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə, Rusiya, Ukrayna və BMT təmsilçiləri artıq 23 iyuldan mərkəzdəki işlərinə başlayıb. Onun sözlərinə görə, mərkəz ticarət gəmilərinin qeydiyyatını aparacaq və onların marşrut üzrə hərəkət etmələrini peyk vasitəsi ilə izləyəcək.
Akar əlavə edib ki, hazırda Qara dənizdə taxıl dəhlizi marşrutu üzrə mina təmizləməsi işlərinə ehtiyac yoxdur. Türkiyəli nazir “Taxıl daşınması sazişi”nin müddətinin ilkin olaraq 120 gün olduğunu da xatırladıb.