Qazaxda sex, Ağstafada 4 otaqlı ev yanıb Dünya

Qazaxda sex, Ağstafada 4 otaqlı ev yanıb

Qazax şəhərində ümumi sahəsi 1500 m² olan (fəaliyyət göstərməyən) ikimərtəbəli sexin dam örtüyünün taxta atmaları 500 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağstafa rayonunun Qırılı kəndində ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.