ABŞ senatorları "Starlink" məhdudiyyətlərinə görə "SpaceX"dən izahat tələb ediblər
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
“Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun siyasi təsdiqidir”
"Azərbaycan artıq beynəlxalq proseslərin yalnız iştirakçısı deyil..."
"Azərbaycanın ASB platformasındakı rolu xüsusi əhəmiyyət kəsb edir"
10 Sentyabr 2025 15:48
5 327
NATO, Polşanın tələbi əsasında Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edərək Polşa hava məkanına pilotsuz uçan aparatın (PUA) daxil olması ilə əlaqədar məsləhətləşmələrə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapka Polsat telekanalına açıqlama verib.
"NATO, Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq etdi", - o bildirib.
Şimali Atlantika Müqaviləsinin 4-cü və 5-ci maddələri, bir üzv ölkəyə təhdid yaranarsa, NATO üzvlərinin atacağı addımları və kollektiv müdafiə mexanizmini müəyyən edir. Maddələrə əsasən, bir NATO ölkəsinə qarşı təhdid bütün üzv ölkələrə qarşı hücum kimi qəbul edilir. Lakin sənəddə, NATO-nun nəyi hücum və ya təhdid olaraq qəbul edəcəyi dəqiq şəkildə göstərilmədiyindən, cavab hazırlamaq məqsədilə məsləhətləşmələr mexanizmi qurulub.
Məryəm Quliyeva