

9 Sentyabr 17:13
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İsrail ordusu Qəzza şəhərinin qərbindəki Taybe 2 adlı çoxmərtəbəli bir binaya raket hücumu həyata keçirib.
Xalqcebhesi.az xəbər verir ki, ilkin məlumatlara görə, hücum nəticəsində iki Fələstinli həlak olub, çox sayda insan yaralanıb.
Şahidlərin bildirdiyinə görə, İsrail döyüş təyyarələri, təxliyə xəbərdarlığı edildikdən qısa bir müddət sonra binanı raketlə vurub.
Hücum, Qəzzanin qərb hissəsində, məcburi köçkünlərin sıx yaşadığı bir ərazidə baş verib. Vurulan binanın ətrafında çox sayda çadırın olması, hücumun təsirini daha da artırıb. Şahidlər, çoxmərtəbəli binada yaşayan Fələstinlilərin, bombardman qorxusuyla əşyalarını qoyub binadan qaçdığını, İsrail hücumunun isə ətrafdakı çadırlarda yaşayan minlərlə insanı evsiz qoyduğunu bildiriblər.
İsrail bir neçə gündür Qəzza şəhərindəki çoxmərtəbəli binaları sistematik şəkildə dağıdır. Bu, məcburi köçkünlərin sayını artırıb və onları ağır qaçqın şəraitinə sürükləyib. İsrailin bu addımının, Fələstinlilərin cənuba köçməsinə səbəb ola biləcəyi və hətta daha geniş bir ABŞ-İsrail planı çərçivəsində Qəzza xaricinə çıxmalarına yol aça biləcəyi barədə mülahizələr irəli sürülür.
Məryəm Quliyeva