

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında baş verən zəlzələ nəticəsində indiyədək 582 nəfər yaralanıb.
Bunu İranın Fövqəladə Hallar Təşkilatının sədri Məhəmməd Həsən Nami deyib. Onun sözlərinə görə, yaralınardan 135 nəfər xəstəxanaya yatırılıb və 5 nəfər əməliyyat olunub.
Həsən Nami əlavə edib ki, zəlzələ nəticəsində 12 kəndə ziyan dəyib, 50 ev tamamilə dağılıb, 500 mənzilə isə 20-60% aralığında ziyan dəyib.
Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 04:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 5,4 bal gücündə zəlzələ baş verib.