Cavid
SSRİ-ın dağılmasından 20 ildən çox vaxt keçdikdən sonra müstəqil dövlət olan Ukrayna hazırda yenidən müstəqilliyi uğrundu gecikmiş müharibə aparır.
Digər dünya liderləri kimi Sovet İttifaqının 5 aydan sonra süquta uğrayacağını təxmin etməyən böyük Corc Buş 1991-ci ilin avqust ayının 1-də Kiyevə gəldi və ukraynalıları ehtiyatlı olmağa çağırdı. ABŞ prezidenti o zamankı sovet respublikasının parlamentinə müraciət edərək bildirdi: "Azadlıq müstəqillik demək deyil. Amerikalılar yerli istibdad tərəfindən yürüdülən tiran höküməti dəyişmək üçün müstəqilliyə can atanları dəstəkləməyəcək. Onlar millətlərarası ədavətə əsaslanan təhlükəli millətçiliyi təşviq edənlərə yardım etməyəcək." Bu açıqlamalar ukraynalı demokratlar və antikommunstləri, eləcə də millətçiləri məyus etdi, amerikalı KİV nümayəndələri isə prezidentin çıxışını etinasızlıqla "Kiyev kotleti" nitqi adlandırdılar.
"FT" yazır ki, təqribən 25 il sonra Ukrayna hər iki cəbhədə amansız müharibə aparır. Birinci cəbhədə o ölkənin müstəqilliyini qorumaq və 2014-cü ildə Qaradəniz yarımadası Krımı anneksiya edən Kremlin əl qoyduğu ölkənin ərazi bütövlüyünü mümkün qədər bərpa etmək və ölkənin cənub-şərqində yerləşən Donbas vilayətində müqavimət göstərən qüvvələrin qarşısını almaq üçün ruspərəst separatçılar və Putin Rusiyasına qarşı mübarizə aparır. Krıma elektrik enerjisini ötürən elektrik təchizatlarının Rusiyaya qarşı çıxış edən sabotajçılar tərəfindən 21 noyabr tarixində kəsilməsi bu münaqişəni yenidən alovlandırdı.
İkinci cəbhədə Ukrayna eynilə gərgin və sərt mübarizə aparmaqdadır. Bu müharibə ölkənin rifahı və stabilliyinə maneəçilik törədən korrupsiya, qanunsuluq, maliyyənin qeyri-dəqiq bölüşdürülməsi, bürokratik fəaliyyətsizlik və digər mənfi hallara qarşı aparılır. Burada nəzərdən keçirilən üç kitabda da aydın şəkildə göstərildiyi kimi, Ukraynanın problemlərinin səbəbləri yalnız uzaqdan Buşun nitqində səslənən "təhlükəli millətçilik" və "millərlərarası ədavətlə" əlaqəlidir. Bu məsələlərlə bağlı ən dəqiq şərhi "Ukraynada münaqişə" adlı kitabının son sətrlərində Sergey Yekelçik verib. Bu qısa və anlaşılan mətn Ukraynada baş verən hadisələri yenicə anlamağa çalışanlar üçün ən yaxşı vasitədir. Kanadanın Britaniyalı Kolumbiya əyalətində yerləşən Viktoriya Universitetində fəaliyyət göstərən professor bildirdi ki, "Əgər münaqişəyə uzun müddətli tarixi perspektivdən yanaşsaq, o zaman aydın olur ki, Ukraynadakı krizis etnik zəmnində baş verir. Bu münaqişə postsovet siyasi məkanında hansı yeni dövlətin və cəmiyyətin yaranacağına dair suallarla bağlıdır. O, həmçinin Putinin soyuq müharibədən sonra formalaşan tək qütblü dünyaya göndərdiyi çağırışın bir hissəsidir". Bu cür dəlilləri Ukrayna tarixi üzrə Harvard universitetinin professoru- "Avropanın qapıları" adlı kitabın müəllifi Sergey Ploxiy də qeyd edir. Sözügedən kitab Qədim Yunan dövründən bugünə qədər tarixi əhatə edən əsaslı və inandırıcı icmalı təqdim edir. Professor bildirir ki, Ukraynanın müasir milli şüuru əslində son dərəcə mülki əhəmiyyətə malikdir və etnik istisna ona xas deyil. Bu mövqeyi o belə əsaslandırır: Ukraynanın rus və yə ya rusdilli icmasının əksər hissəsi Ukrayna hakimiyyətinə sadiqdir və Donesiyalı separatçıları tənqid edirlər. Ploxiy yazır ki, "Rus aqressiyasının əsas məqsədi ukraynalıları dil, regional və milliyətçilik əlamətinə əsasən parçalamaqdır. Bu taktikanın bəzi yerlərdə tətbiq olunmağına baxmayaraq, Ukrayna icmasının bir çox nümayəndələri yekdilliklə inzabiti və siyasi olaraq birləşdiyi çoxdilli və çoxmillətli ölkənin olmasının lehinədirlər.
"The Economist" və "The New York Review of Books" üçün məlumatlar dərc edən təcrübəli hərbi jurnalist Tim Cuda Ukraynaya səyahət etdi və öz növbəsində belə bir qənaətə gəldi ki, bir çox sakinlər sadəcə olaraq dövlətlərinin "1991-ci ildə müstəqillik əldə etdikdən sonra Rusiya və Avropanın digər hissəsi arasında "boz zonada" qalan əzgin dövlət deyil ,normal Avropa ölkəsi olmasını istəyirlər. Və bu zaman ərzində Ukrayna zəngin olması gərəkən ölkənin yoxsulluq içində batmasına səbəb olan iqtisadi və siyasi korrupsiya təsiri altında yaşayıb".
O Ukraynanı Polşa ilə müqayisə edir və qeyd edir ki, 1991-ci ildə hər iki keçmiş sosialist qonşu ölkələrin adambaşına düşən istehsal həcmi bərabər idi və Polşada bu göstərici Ukrayna ilə müqayisədə hazırda üç dəfədən çox artıb. Şübhəsiz, Polşanın bu göstəricisi müəyyən mənada onun Avropa Birliyinin üzvü olması hesabına nail olunub, lakin bir çox nailiyyətlər ölkədə keçirilən iqtisadi islahatların nəticəsində əldə olunub; bu cür islahatlar Ukraynada son vaxtlara qədər irəli sürülmürdü. Bu kitabların yaranması bizə 1991-ci ildə uzaq ,lakin Rusiya ilə bağlı mövzü olan-Ukraynanın tədqiqatı ilə Qərbdə mətin və cəsur alimlər qrupunun məşğul olmasını xatırlatdı. Onlardan bir çoxu, məsələn Ploxiy və Yekelçik, ukraynalı idilər. Ukraynanın müstəqilliyi dövründə Ukraynanın milli inkişafının xüsusiyyətlərinin ön plana çəkildiyi işlərə maraq artdı. Bu sırada Pol Robert Maqoçiyin "Ukraynanın tarixi" və Endrü Vilsonun "Ukraynalılar:gözlənilməz millət" adlı kitablarının adını çəkmək olar. Ploxiy və Ekelçik hər vasitə ilə vurğulayırlar ki, üç şərqi slavyan xalqları-belorusiyalılar, ruslar və ukraynalılar orta əsr Kiyevli Rus dövründən ortaq köklərə malikdir, lakin sonrakı yüzilliklərdə onları yolları ayrıldı. Əfsuslar olsun ki, Rusiya Ukraynanın mərkəzi Lvov olan qərbi əraziləri və Avstriya-Macarıstanın tərkibində olan ərazilər istisna olmaqla bir çox hissəsində, eləcə də Polşada hökmranlıq etdiyindən, rusiyalı ideoloqlar son zamanlar ukraynalıların əhəmiyyətli dərəcədə artan milli şüurlarını görməzdən gəlirlər. Ukrayna hökümətinin yaranmasına dair xəyal 1917-ci il Oktyabr inqilabından sonra qısa müddətli yerinə yetirildi, lakin inqilabdan sonra başlayan vətəndaş müharibəsində bolşeviklərin qələbəsindən sonra bu xəyallar puç oldu. Buna baxmayaraq, Ukraynanın milli şüuru Polşa millətçiliyi (çünki qərbi Ukrayna iki dünya müharibəsi arasında Polşanın hakimiyyəti altında idi) və 1930-cu ildə süuni şəkildə yaranmış aclıq zamanı üç milyondan çox ukraynalıların ölümünə səbəb olmuş stalinizmə qarşı artmaqda idi.
Son iki il ərzində gedən müharibənin təhrik etdiyi müasir Ukraynanın milli şüuru artmaqdadır. Bu halda Putinin qambiti əks təsir göstərdi. Rusiya Krımı intəhasız olaraq saxlaya bilər, lakin nəticə etibarı ilə, müharibə Kremlə əsas məqsədi- Ukraynanın müstəqil dövlət olmasına dair əqidəni etibardan salmağa maneəçilik törətdi. Əksinə, bu müharibə milyonlarla ukraynalı, eləcə də Rusiya ilə dərin tarixə malik olan "kiçik vətənlərin" nümayəndələri arasında vətənpərvərlik ruhunun yenidən qalxmasına müvəffəq oldu. Ploxiyin söylədiklərinə əsasən, bu hadisələr Ukraynanın Qərbi və Şərqi Avropa ilə daha yaxın inteqrasiya cəhdlərini sürətləndirdi.
Bütün bunları nəzərə alaraq, müstəqilliyin birinci rübü Ukrayna üçün o qədər də ürəkaçan olmadı. Bu ölkədə seçkilərin Rusiyanın keçirdiyi seçkilərdən fərqli olaraq azad keçirilməsinə baxmayaraq , Ukraynanın siyasi arenasında nifaq, nizamsızlıq və digər qarışıq hadisələr baş verir. Ölkənin iqtisadiyyatı zəifləyir, mühacirətə görə əhalinin sayı azalır, həyat davamlılığının və doğum səviyyəsinin aşağı enir. Bundan başqa, Rusiya Putinin zamanında ədavətli qonşuya çevrildi.
Buşun "Kiyev kotleti" adlı nitqini səsləndirdiyi zaman vəziyyət başqa cür idi. Amerikalı prezident və onun müşavirləri düşünürdülər ki, əgər Vaşinqton Ukrayna və digər sovet respublikalarının milliyətçi hərəkatına yardım etsə, bu zorakılığın yayılması, sosial sarsıntı və Sovet İttifaqının nüvə arsenalına nəzarəti əldə verməklə nəticələnəcək. Bundan əlavə, ABŞ sovet rəhbəri-islahatçısı və Ukraynanın müstəqil olmasına qarşı çıxan Mixail Qorbaçov ilə konstruktiv əlaqələri qaydaya saldı. Baş verən hadisələrə dair aparılan kəşfiyyatların qiymətləndirilməsi barədə 1991-ci ildə Buş üçün hazırlanmış məruzədə Mərkəzi Kəşfiyyat İdarəsi və digər xidmətlərin analitikləri belə qənaətə gəldilər ki, Ukraynada sülh yolu ilə müstəqilliyin əldə olunması ehtimalı aşağıdır. 4 ssenaridən cəmi biri Ukraynanın müstəqilliyini nəzərdə tuturdu- o da SSRİ-ın məcburi dağılması nəticəsində baş verə bilərdi. Digər ssenarilər "ləng uzaqlaşma cəhdləri", sərt tədbirlər görməklə və SSRİ-ın tərkibini saxlamaqla dövlət çevrilişini nəzərdə tuturdular. Dördüncü ssenari SSRİ-ın tədricən dağılmasını və bunun nəticəsində Baltikyanı ölkələr, Ermənistan, Azərbaycan, Gürcüstan və Moldova Sovet İttifaqının tərkibindən çıxmasını, Ukrayna , Rusiya, Belorusiya, Qazaxstan və Orta Asiya respublikaları dövlətin tərkibində qalmasını və Moskva tərəfindən idarə olunmasını nəzərdə tuturdu. Analitiklər tərəfindən proqnozlaşdırılan üçüncü ssenari düzgün çıxdı- Buşun Kiyevi tərk etməsindən üç həftədən az bir müddətin keçməsindən sonra "sərt" dövlət çevrilişi baş verdi. Lakin analitiklər bu çevrilişin heç nə ilə nəticələnəcəyini öncədən söyləyə bilmədilər. Çevrilişin nəticəsində 24 avqust tarixində USSR-ın Ali Şurası müstəqilliyi elan etdi və müstəqilliyin elan edilməsinə dair akt 31 dekabr tarixində Ukrayna referendumunda ölkənin bütün vilayətləri, eləcə də Krım ASSR-ı tərəfindən dəstəkləndi. Ukrayna yeni suveren gələcək yoluna qədəm qoydu-lakin bəzi məqamlarda bu yol Ukrayna hakimiyyəti və vətəndaşlarının yol nəqliyyat hadisəsinə görə yubanıb qaldığı bir yola bənzədi. Cudanın Kiyevdə təhlükəsizlik xidmətində çalışan, adı çəkilməyən işçi ilə apardığı söhbətdən belə bir nəticəyə gəlmək olar. Məmur Cudaya bildirir ki, onun ölkəsi 1991-ci ildə silahla əlində müstəqillik üçün mübarizə aparmadı, indi isə o "müstəqillik üçün klassik müharibə aparır, biz Rusiyanı ya məcbur etməliyik ya da inandırmalıyıq-onlar bizi mövcud struktur və dövləti olan müstəqil xalq hesab etməlidirlər.
Çətin ki, o nəyisə böyüdür. Cudanın kitabında ruspərəst siyasətçi, Donesk vilayətindən olan professor və orada Ukrayna hökümətinə qarşı qiyam təşkil edən Sergey Barıshnikov ilə apardığı səmimi və ibrətli müsahibəsi yer alır. Barıshnikov qətiyyətlə bildirir ki, "Biz Ukraynanın eynilik əqidəsi ilə yanaşı onun milli əqidəsini də dağıtmalıyıq.-Axı ukraynalılar kimdirlər? Onlar,öz rus köklərini tanımaqdan imtina edən ruslardır". Həmçinin, Krımın birləşdiyini elan edən zaman Putinin sözlərini yada salmaq olar. Rusiya və Ukrayna münasibətlərinin tarixi barəsində danışarkən , o bildirdi ki: "Biz nəinki yaxın qonşularıq, öncə də qeyd etdiyim kimi, faktiki olaraq bir millətik. Kiyev-rus şəhərlərinin anasıdır".
Maraqlıdır, Putin 1972-ci ildə Ukraynaya gələn prezident Riçard Niksonun onu qəbul edən sovet xadimlərinin şərəfinə təşkil olunmuş naharda Kiyevi "bütün rus şəhərlərinin anası adlandırdığını" bilirdimi? Düzünü desək, nə Putin, nə Nikson yanılmadı. Lakin Kiyev həm də Ukrayna şəhərlərinin anasıdır. Onun Ukraynanın müstəqilliyi tarixində aldığı daimi rolu 2014-cü il fevral ayında demokratiyanın müdafiəsi uğrunda Maydanda baş verən inqilab əsnasında sübut olunmuşdur.Bu inqilabın nəticəsində ruspərəst diktator Viktor Yanukoviçin hakimiyyəti devrilmişdir.