

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Rusiya Xarici İşlər Nazirliyi rus diplomatlarının Avstriyadan qovulmasına cavab tədbirləri ilə bağlı işi açıqlayıb
"Xalq Cəbhəsi" Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Avstriyanın dörd rus diplomatı persona non-qrata elan etməsinə reaksiya üzərində işləyir.
Bunu TASS-a Rusiya Federasiyasının dövlət katibi - Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.
Lakin o, cavabın güzgü və ya asimmetrik olacağını dəqiqləşdirməyib.
“Mütləq cavab olacaq”, - diplomat bildirib.
İvanov vurğulayıb ki, Moskva Vyananın qərarını “daha bir qeyri-dost addım” kimi qiymətləndirir.
Xatırladaq ki, dünən Avstriya Xarici İşlər Nazirliyi respublikada akkreditə olunmuş dörd rusiyalı diplomatın persona non-qrata elan edildiyini açıqlayıb. Avstriya diplomatik departamenti iddia edir ki, Rusiya səfirliyinin iki əməkdaşı guya diplomatik statusları ilə bir araya sığmayan hərəkətlər ediblər. Onlara fevralın 8-dək ölkəni tərk etmək əmri verilib.
Cavid