Dağıstanda yaşayış məntəqəsinin başçısı güllələnib Dünya

Dağıstanda yaşayış məntəqəsinin başçısı güllələnib

Dağıstanda Rubas yaşayış məntəqəsinin başçısı güllələnib.

Bu barədə Dərbənd rayon administrasiyasının mətbuat katibi Aydın Məmmədov bildirib.

Onun sözlərinə görə, qətldə şübhəli bilinən şəxs artıq həbs edilib. O, özü hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlayıb və əməlini etiraf edib.