Peter Mixalko: Aİ-nin strateji baxışı çiçəklənən Cənubi Qafqazın qurulmasıdır Dünya

Peter Mixalko: Aİ-nin strateji baxışı çiçəklənən Cənubi Qafqazın qurulmasıdır

Aİ-nin Cənubi Qafqazla bağlı strateji baxışı var və bu, sülhün bərqərar olduğu, stabil, çiçəklənən Cənubi Qafqazın qurulmasıdır.

APA xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Lənkəran Dövlət Universitetində tələbələrin qarşısında çıxış edərkən deyib.

"Aİ minatəmzləmə sahəsində Azərbaycana ən böyük dəstək verən donordur. Miantəmizləmə bizim üçün prioritet məsələdir və bu prioritet məsələ Azərbaycan hökumətinin gündəliyində öz əksini tapıb", - o deyib.
Diplomat əlavə edib ki, Aİ Qarabağda yenidənqurma prosesinə kömək etmək imkanlarına da baxır.