MAQATE-nin baş direktoru Rusiyaya səfər edəcək Dünya

MAQATE-nin baş direktoru Rusiyaya səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüş keçirib.

"Xalq Cəbhəsi" TASS-a istinadən xəbər verir ki,
Lavrovla görüşdən əvvəl Qrossi jurnalistlərə yaxın vaxtlarda Rusiyaya səfər etməyi planlaşdırdığını təsdiqləyib.

MAQATE rəhbərindən Kiyevə səfərin mümkünlüyünə münasibət bildirmək istənilib. Onun sözlərinə görə, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdə belə bir fikir irəli sürülüb. "Vəziyyət hər hansı bir nüvə insidentinin qarşısını almaq üçün hər iki tərəflə daimi təmasda olmağı tələb edir", - Qrossi bildirib.

Cavid