Pentaqon ABŞ-ın hərbi texnologiyada üstünlüyü dövrünün bitdiyini bildirib Dünya

Pentaqon ABŞ-ın hərbi texnologiyada üstünlüyü dövrünün bitdiyini bildirib

ABŞ-ın hərbi texnologiyada üstünlüyü dövrü başa çatıb, Vaşinqton başqa ölkələrdən dərs almalıdır.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu fikri Ronald Reyqan İnstitutunda çıxışı zamanı Pentaqonun Strategiya, Planlaşdırma və İmkanlar üzrə köməkçisi Mara Karlin bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Amerika hərbi texnologiyalarının ixracını tənzimləyən Beynəlxalq Silah Dövriyyəsi Qaydalarını (İTAR) sadələşdirməlidir. Çünki onlar inkişafları tərəfdaşlar və müttəfiqlərlə bölüşməyi çətinləşdirir.

"Onlar (silah ticarəti qaydaları) ABŞ-ın hərbi texnologiyada üstün olduğu və biz başqalarından çox şey öyrənmədiyimiz dövr üçün nəzərdə tutulmuşdu. İşlər dəyişdi, bu ekosistem indi fərqli görünür. Və fərqli göründüyü üçün biz çox şey öyrənəcəyik, həmçinin müttəfiqlərimiz və tərəfdaşlarımızla bölüşəcəyimiz çox şey olacaq" deyib.

Cavid