Rusiya indiyə qədər 274 470 hərbçisini itirib Dünya

Rusiya indiyə qədər 274 470 hərbçisini itirib

Ukrayna müharibənin 575-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 274 470 hərbçi, 4638 ədəd tank, 8883 ədəd zirehli döyüş maşını, 6137 ədəd artilleriya sistemi, 781 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 528 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8670 ədəd avtomobil texnikası, 4850 ədəd PUA, 1479 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 911 xüsusi avadanlıq itirib.

Cavid