
Türkiyə Silahlı Qüvvələri son bir həftədə keçirdiyi əməliyyatlar nəticəsində 42 terrorçunu məhv edib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla il ərzində zərərsizləşdirilən terrorçuların sayı 271-ə çatıb.