Bayden Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq Dünya

Bayden Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacaq

ABŞ prezidenti Co Bayden yaxın vaxtlarda Ukraynaya 325 milyon dollar məbləğində növbəti hərbi yardım paketini açıqlayacaq.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalı Amerika administrasiyasının nümayəndəsinə istinadən bildirib.

Yeni yardım paketi çərçivəsində Ukrayna "AIM-9 Sidewinder" hava-hava idarəolunan raketləri, HIMARS reaktiv yaylım atəş sistemləri və "Avenger" zenit-raket sistemləri üçün döyüş sursatları, həmçinin tank əleyhinə silahlar və 3 milyondan çox atıcı silahların patronları alacaq.