
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşi BMT strukturlarının nümayəndələrinin Ukraynada siyasiləşmiş təşəbbüslərə cəlb olunmasının qarşısını almağa çağırıb.
"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində tərəflər arasında aparılan danışıqların yekunlarına dair bəyanatında deyilir.
"Diqqət ənənəvi olaraq ən aktual beynəlxalq problemlərə, habelə Rusiya ilə BMT arasında əməkdaşlığın müxtəlif aspektlərinə yönəlib”, - nazirlik bildirib.
“Ukrayna böhranı kontekstində BMT strukturlarının nümayəndələrinin siyasiləşmiş təşəbbüslərə cəlb olunmasının qarşısını almaq üçün Quterreşə müraciət edilib”, - deyə XİN-dən bildiriblər:
Rusiya diplomatiyasının rəhbəri bir daha “BMT rəhbərliyi və dünya təşkilatının bütün əməkdaşları tərəfindən BMT Nizamnaməsinin 100-cü maddəsində təsbit olunmuş qərəzsizlik və bərabər məsafəlilik prinsiplərinə istisnasız olaraq ciddi riayət edilməsinin zəruriliyini” vurğulayıb.
Cavid