
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Kiyev Rusiya ərazisindəki hədəflərə təyyarə tipli pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd edib, hava hücumundan müdafiə sistemləri Krım yarımadasının cənub-şərq sahilləri yaxınlığında və Krasnodar diyarının Tuapse bölgəsində Qara dəniz üzərində Ukraynaya məxsus iki PUA-nı məhv edib.
"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - deyə departamentdən bildirilib.
İki Ukrayna pilotsuz uçan aparatı növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Cavid