Ukraynanın Krasnoliman istiqamətində dayaq məntəqəsini məhv edilib Dünya

Ukraynanın Krasnoliman istiqamətində dayaq məntəqəsini məhv edilib

Rusiyanın “Mərkəz” hərbi qruplaşmaları BM-21-1 “Qrad” reaktiv yaylım atəş sistemi vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin Krasnoliman istiqamətində dayaq məntəqəsini məhv edib.

"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə TASS-a Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

"Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, artilleriyaçılar Ukrayna Silahlı Qüvvələrinin istehkamlarından birində düşmən canlı qüvvəsinin cəmlənməsinin koordinatlarını alaraq döyüş mövqeyinə keçiblər. Döyüş maşınını hədəfə tuşlayan hərbçilər 15 km-dən artıq məsafəyə 122 mm-lik raketlərdən atəş açıblar. Hədəfin məğlubiyyəti qrupun kəşfiyyat bölməsinin hərbi qulluqçuları tərəfindən pilotsuz uçan aparat vasitəsilə idarə olunub. Daha sonra ekipaj əks atəş manevri həyata keçirərək atəş mövqeyini sürətlə tərk edərək meşədə gizlənib”, - Müdafiə Nazirliyindən bildirilib.

Cavid