ABŞ Ukraynanı ən təhlükəli silahlarla təchiz edir Dünya

ABŞ Ukraynanı ən təhlükəli silahlarla təchiz edir

Birləşmiş Ştatlar administrasiyası “uğursuz əks-hücum əməliyyatını ayaqda saxlamaq” üçün Ukraynanı ən təhlükəli silahlarla təchiz etməyə hazırdır.

Bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyinin Telegram kanalında dərc olunan bəyanatında deyilir.

"Amerikanın Ukraynaya daha bir yardım paketinə diqqət çəkdik. Vaşinqtonun Kiyevdəki müştərilərinə davamlı olaraq silah və pul göndərməsi uzun müddətdir heç kimi təəccübləndirmir. ABŞ administrasiyası ukraynalıları istənilən, ən təhlükəli hərbi məhsullarla təmin etməyə hazırdırlar. Sadəcə olaraq, uğursuz əks-hücum əməliyyatını birtəhər ayaqda saxlamaq imkanı yaratmaq üçün”, - Rusiya diplomatları qeyd ediblər.

Onların fikrincə, “Ukrayna Silahlı Qüvvələri külli miqdarda canlı qüvvə və texnika itkisi verərək öz məqsədlərinə nail ola bilməyib”. Onlar qeyd ediblər ki, əksər amerikalı ekspertlər bunu etiraf edirlər.

Cavid