
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Gürcüstan hökuməti Avropa İttifaqından idxal edilən avtomobillərin Rusiyaya ixracına, təkrar ixracına və ya tranzitinə qadağa qoyub.
"Xalq Cəbhəsi" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi bildirib.
“Bəli, həqiqətən də, əvvəllər deyildiyi kimi, sentyabrın 26-dan Avropadan gətirilən avtomobillərin Rusiyaya ixracına, təkrar ixracına və ya tranzitinə qadağa tətbiq olunacaq”, - deyə Nazirliyin mətbuat xidməti bildirib.
Söhbət mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərdən, həmçinin hibrid avtomobillər və elektromobillərdən gedir.
Məhdudiyyətlər Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 11-ci sanksiyalar paketinə görə qüvvəyə minib.
Cavid