
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Polis "Ana Ermənistan" blokunun lideri Andranik Tevanyanı yenidən saxlayıb. Hadisə Ermənistan Milli Politexnik Universitetinin binası yaxınlığında baş verib.
"Xalq Cəbhəsi" Ermənistan mətbuatına istinadən xəbər verir ki, Tevanyanı polis mikroavtobusuna mindirərək aparıblar.
Daha əvvəl Ermənistan polisi İrəvanda səhər nümayişləri zamanı 56 nəfərin saxlayıb.
Bütün vətəndaşlar Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmama) əsasında polisə aparılıb.
Xatırladaq ki, sentyabrın 19-dan İrəvanda Qarabağ hadisələri fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.
Cavid