Cənubi Afrikada elektrik cərəyanı vurması nəticəsində 8 nəfər ölüb Dünya

Cənubi Afrikada elektrik cərəyanı vurması nəticəsində 8 nəfər ölüb

Cənubi Afrikanın Keyptaun şəhərində elektrik cərəyanı vurması nəticəsində 8 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, buna səbəb güclü fırtına olub. Fırtına şəhərin elektrik infrastrukturuna ciddi ziyan vurub.

Şiddətli fırtına səbəbindən Dritsand bölgəsində 4 böyük, Filippi bölgəsində isə 4 uşağın elektrik cərəyanı vurması nəticəsində öldüyü açıqlanıb.
Günlərdir davam edən şiddətli tufan Keyptaun ətrafında sel, daşqın və sürüşmələrə səbəb olur.