Türkiyədə partlayış - Ölən və yaralananlar var Dünya

Türkiyədə partlayış - Ölən və yaralananlar var

İstanbulun Bahçelievler rayonu Şirinevlər məhəlləsində yerləşən binada güclü partlayış olub.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, 6 mərtəbəli binanın ən üst mərtəbəsində baş verən partlayışa təbii qaz səbəb olub.

Partlayış nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə heyətləri cəlb olunub.