Türkiyə Milli Təhlükəsizlik Şurası toplanıb - Azərbaycanın antiterror tədbirləri müzakirə edilir Dünya

Türkiyə Milli Təhlükəsizlik Şurası toplanıb - Azərbaycanın antiterror tədbirləri müzakirə edilir

Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) sabah prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirilir.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələrinin yeni komandanlığı iclasa ilk dəfə qatılacaq.

İclasda Türkiyənin sülh səyləri, vasitəçilik fəaliyyətləri, humanitar yardımlar və qalıcı atəşkəs mövzuları başda olmaqla, Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı məsələlərin gündəmdə olması gözlənilir.

Həmçinin, Azərbaycanın Qarabağda uğurla başa vurduğu antiterror tədbirləri və regional hadisələr müzakirə ediləcək.