Rusiya FSB-nin daha bir qadın agentini saxlanılıb Dünya

Rusiya FSB-nin daha bir qadın agentini saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti Donetsk vilayətində Rusiya FSB-nin daha bir qadın agentini saxlayıb.

“Xalq Cəbhəsi” UNİAN-a istinadən xəbər verir ki, rusların əsas hədəfləri arasında Ukrayna Silahlı Qüvvələrinin Baxmut bölgəsində əks-hücum əməliyyatlarında iştirak edən bölmələri olub.

İstintaqın məlumatına görə, qadın cəbhə xəttinə doğru hərəkət edən Ukrayna qoşunlarının 8 mövqeyi barədə ruslara məlumat verib. Lakin hüquq-mühafizə orqanları ilkin mərhələdə onu ifşa edib və potensial təhlükələr barədə Ukrayna Silahlı Qüvvələrinin komandanlığına məlumat veriblər.

Cavid